-
Rusiya Azərbaycana neft hasilatını “dondurmağı” təklif edib.
APA-nın xəbərinə görə, Rusiyanın energetika naziri Aleksandr Novak deyib ki, Azərbaycanın neft hasilatının "dondurulması" təklifinə qoşulacağına ümid edirlər.
A.Novak Azərbaycan və Qazaxıstanın OPEK üzvlərinin və digər neft istehsal edən ölkələrin görüşündə iştirak edə biləcəyini də deyib.
"Ümid edirik ki, OPEK-ə üzv olan və olmayan bütün ölkələr - Rusiya, Qazaxıstan və Azərbaycan müvafiq qərarın işlənməsinə qoşulacaqlar" - deyə rusiyalı nazir bildirib.
Azərbaycan rəsmiləri, hələlik, bu təklifə hər hansı münasibət bildirməyiblər. Ancaq hələ bir müddət əvvəl oxşar müzakirələr gedən vaxt Azərbaycan Energetika nazirinin müavini Natiq Abbasov söyləmişdi ki, neft hasilatını dondurmağı planlaşdırmırlar. Nazir müavini qeyd eləmişdi ki, ümumdünya neft hasilatında Azərbaycanın payı çox cüzidir:.
“Bu, qiymətin formalaşmasına təsir etmir. Buna görə də Azərbaycanda hasilatın dondurulması lazımi effekt verməyəcək”