-
İrana sanksiyalar qaldırılandan sonra İran neftiylə dolu Monte Toledo tankeri bazar günü axşam Avropaya çatıb. Xəbəri “Bloomberg” agentliyi yayıb.
Bir milyon barel neft olan tankeri İspaniyanın Alxesiras limanında boşaltmağa başlayıblar. Yükün limana 17 günə çatdığı bildirilir.
“Bloomberg” yazır ki, ümumilikdə, İran neftlə dolu 29 gəmi yola salıb. Tezliklə gəmilərdən üçü Avropaya çatmalıdır.
Yanvarın ortasında İrana beynəlxalq sanksiyalar götürülüb. Sanksiyalar 2005-ci ildə Tehranın nüvə proqramına görə qoyulmuşdu.
İranın bu il 15 milyard dollarlıq neft kontraktı imzalayacağı bildirilir.