Xədicə İsmayılovanın tərcümə etdiyi kitabın təqdimatı olacaq

-

Araşdırmaçı jurnalist Xədicə İsmayılın tərcüməsində Səhər Delicaninin “Cakaranda ağacının uşaqları” romanının təqdimatı keçiriləcək. Kitab vicdan məhbusu tərəfindən həbsxanada tərcümə edilib.

Təqdimat NİDA Vətəndaş Hərəkatının təşkilatçılığıyla 13 mart saat 15:00-da Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında olacaq.

Əsər İslam İnqilabından sonra İranda siyasi fəallara qarşı repressiyalar, onların ailələrinin qarşılaşdığı problemlərdən bəhs edir. Kitabla bağlı əsərin azərbaycanca redaktoru Elnur Astanbəyli danışacaq. Tədbirdə kitabın satışı da təşkil olunacaq.