Dünya futbolunun canlı əfsanəsi Pele 2 minə yaxın şəxsi əşyasını hərraca çıxaracaq.
Röytersin məlumatına görə, əşyalar arasında onun 1958, 1962, 1970-ci illərdə keçirilən dünya çempionatlarında qazandığı qızıl medallar və Jül Rim adına mükafatın nüsxəsi də var.
Hərrac iyunun 7-dən 9-dək Londonda keçiriləcək. Əldə edilən gəlirin bir hissəsi Braziliyanın Kuritiba şəhərindəki uşaq xəstəxasına köçürüləcək.
75 yaşlı Pele karyerasını 1977-ci ildə bitirib.
O, Braziliya millisində keçirdiyi 92 oyunda 77 qol vurub.