Avropa Birliyi liderləri Ankarada törədilən terror qurbanlarına görə Türkiyəyə başsağlığı verir.
Birliyin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini bu terror aktını kəskin pisləyib və Türkiyə hökumətinə başsağlığı verib.
Martın 13-də törədilən partlayışda azı 34 nəfər ölüb, 125 nəfər yaralanıb.
Ölənlərdən ikisinin hücumçular olduğu ehtimal olunur.
Prezident Recep Tayyip Erdogansa deyib ki, terror təşkilatları və onlardan alət kimi istifadə edənlər uduzmağa başlayanda ən qəddar üsullara əl atır, günahsız insanları hədəfləyirlər.
Hazırda araşdırma gedir.
Qeyd edək ki, bu il fevralın 17-də Ankarada törədilən partlayışda azı 28 nəfər öldü.
Hakimiyyət hesab edir ki, həmin hücumun arxasında PKK və onunla əlbir olan terrorçu qruplar durur.