-
İki ay ərzində Azərbaycana siqaret idxalı 6 dəfə azalıb.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib.
AZƏRTAC-ın xəbərinə görə, komitə sədri bildirib ki, işbazlar İran və Gürcüstanla vizasız rejimdən istifadə edirlər.
«Ölkəyə guya şəxsi ehtiyaclar üçün gətirilən, lakin kommersiya məqsədləri üçün istifadə edilən tütün məhsullarının qarşısı alınır. Azalma ilk növbədə bununla əlaqədardır», - deyə Əliyev bildirib.
Son vaxtlar bəzi vətəndaşlar da AzadlıqRadiosuna şikayət ediblər ki, Biləsuvar və Astara gömrük məntəqələri hətta 1-2 blok siqaretin də ölkəyə keçirilməsinə imkan vermirlər.
Son günlər Bakıdakı dükanlarda bəzi siqaret növlərinin qıtlığı müşahidə olunur.