-
Azərbaycanda konserv zavodlarını və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən emal müəssisələrini vergidən azad etmək lazımdır. Trend-in xəbərinə görə, bunu deputat Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov bildirib ki, konserv zavodları vergidən azad edilmədiyinə görə, digər ölkələrin analoji müəssisələri ilə rəqabət apara bilmirlər:
"Nəticədə həmin müəssisələr dünya bazarlarına çıxa bilmirlər".
S. Novruzov, həmçinin, ölkəyə hər il lazım olacaq kənd təsərrüfatı məhsullarının həcmini proqnozlaşdıra biləcək strateji mərkəz yaratmağı təklif edib: "Belə struktur, məsələn, ABŞ-da var", deyə deputat qeyd edib