ATƏT rəsmiləri əfvi alqışlayır

Isabel Santos

-

ATƏT Parlament Assambleyasının Prezidenti Ilkka Kanerva və qurumun demokratiya, insan haqları və humanitar məsələlər komitəsinin sədri Isabel Santos əfv fərmanını alqışlayıb. Prezidenti İlham Əliyevin martın 17-də verdiyi əfv fərmanıyla 148 məhbus azadlığa çıxıb. Onların içində beynəlxalq qurumların siyasi məhbus kimi tanıdığı şəxslər də var.

“Prezident Əliyevin bu qədər insanı azad etməsi barədə etik qərarını alqışlayıram. Beynəlxalq ictimaiyyət, eləcə də ATƏT-in Parlament Assambleyası uzun müddət bu qərarı gözləyib və onu həyata keçirməyə çağırıb. Azərbaycanı ATƏT öhdəliklərini yerinə yetirməyə çağırmaqda davam edəcəyik. Gələcək konstruktiv dialoq və irəliləyişi səbirsizliklə gözləyirəm”, Kanerva deyib.

Komitə sədri Santos da, nəhayət ki, əfv verilməsini alqışlayıb. “Bu gün buraxılanlar içində Rəsul Cəfərov və Anar Məmmədli də var ki, onların işini dəfələrlə azərbaycanlı həmkarlarımla qaldırmışam. Ümid edirəm, onlar yenə də ölkədə dialoqa töhfə verə biləcəklər. Ümid edirəm bu, Azərbaycanda hüququn alililiyini möhkəmləndirmək istəyini göstərir və tezliklə ölkədə xəbərləmə işinə, siyasi fəaliyyətinə, fəallığı və ya baxışlarına görə məhbus, yaxud hərəkətinə məhdudiyyət qoyulmuş kimsə qalmayacaq”.

ATƏT PA-nın nümayəndə heyəti yanvarın 25-də Azərbaycana səfər edib, Prezident İlham Əliyev və digər rəsmilərlə görüşüb.