-
“Yapı Kredi Bank” Bakıdakı 2 filialının fəaliyyətini dayandırıb.
Fins.az-ın xəbərinə görə, filialların qapadılması xərclərin optimallaşdırılması siyasətinə uyğun həyata keçirilib.
Bundan sonra bankın Ziya Bünyadov və Babək prospektlərindəki filialları fəaliyyət göstərməyəcək.
“Yapı Kredi Bank”-ın ötən il 4 milyon yarım manat ziyana düşdüyü bildirilir.
Son aylarda “United Credit Bank”, “Texnikabank”, “Bank of Azerbaijan” da daxil olmaqla bir neçə bank müflis olub. Bank Respublika isə regiaonlardakı 4 filialını qapadıb.