-
Mmartın 20-dən 27-nə kimi “Azərbaycan Dəmir Yolları” QSC-nin müəssisə və stansiyalarında fasiləsiz iş rejiminə keçilib.
APA-nın xəbərinə görə, bunu“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.
O, bunu bayram günlərində dəmir yolu xidmətindən istifadə edənlərin artması ilə izah edib.
Nadir Əzməmmədovun deməsinə görə, bayram günlərində sərnişinlərin çoxalması ilə bağlı ölkə daxilində hərəkət edən qatarlara hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqon qoşulur.
Martın 21-də Bakı-sərnişin stansiyasında Novruz şənliyi də keçirilib.
Nadir Əzməmmədov deyir ki, kosa ilə yumurta döyüşməsində qalib çıxan hər kəsə Bakı-Sumqayıt elektrik qatarına pulsuz bilet verilib.