İ.Əliyev Charles Michel-ə başsağlığı verib

İlham Əliyev

-

Prezident İlham Əliyev Belçika Krallığının baş naziri Charles Michel-ə başsağlığı məktubu göndərib.

Məktubda qeyd edilir ki, Brüssel şəhərində törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər olduqca kədərləndiricidir.

«Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram»,-deyə məktubda bildirilir.

Martın 22-də Brüssel aeroportu və metrosunda partlayışlar olub, çox sayda ölən və yaralanan var.