Səfirlikdə 4-cü həyəcan səviyyəsi

Belçika - Brüsseldəki partlayışdan sonra, 22 mart, 2016

-

Martın 22-də Brüsseldə baş vermiş terror aktları ilə əlaqədar Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi dördüncü həyəcan səviyyəsi elan edib.

Bu haqda səfirlik öz saytında təcili elan yayıb.

Səfirlik terror təhlükəsi ilə əlaqədar olaraq Belçika ərazisində olan bütün Azərbaycan vətəndaşlarına tövsiyə edir ki, insanların kütləvi toplaşdığı yerlərdən uzaq olsunlar. Təhlükəsizlik tədbirləri ilə əlaqədar yerli hüquq-mühafizə orqanlarının tələblərinə riayət etsinlər.

Azərbaycan vətəndaşlarına eyni zamanda bildirilir ki, gərək olduğunda bütün sutka ərzində səfirliklə əlaqə saxlaya bilərlər.

Əlaqə vasitələri aşağıda ifadə olunub:

Ünvan: Avenue Moliere 464, 1050 Brüssel;

tel.: +32 2 345-26-60

faks: +32 2 345-91-58

e-ünvan: office@azembassy.be