"Qəbələyə gedən turistlər artıb"

Nohur gölü - Qəbələ

-

Novruz tətilinin 4 günü ərzində Qəbələyə 1500-ə yaxın yerli və xarici turist gəlib.

Azərtac-ın xəbərinə görə, bayram günlərində Qəbələyə gələn turistlər Rusiya, Türkiyə, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Latviya, İran, Gürcüstan vəUkraynadan olublar.

Rayon mədəniyyət və turizm şöbəsindən bildiriblər ki, qarşıdakı 4 gün ərzində daha 1000 nəfərin istirahət etmək üçün Qəbələyə gələcəyi gözlənilir.

“Artıq bəzi otellərdə bir çox otaqlar əvvəlcədən sifariş olunub. Bayram günlərində istirahət etmək üçün bu rayona gələn yerli və xarici turistlərin sayı ötən ildəkindən 2 dəfə çox olub” - deyə Qəbələnin mədəniyyət və turizm şöbəsindən bildiriblər.

Qəbələdə 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 19-u beş, dörd, üç ulduzlu otellər və istirahət mərkəzləridir. Turizm obyektləri gün ərzində 2500 qonağı qarşılamaq gücündədir.

Qəbələ ölkənin Qərbində yerləşir, Bakı ilə arasında 225 km məsafə var.