Misir təyyarəsini qaçıran şəxs təyyarəni Kiprə endirib.
Bu barədə martın 29-da Misir radiosu xəbər yayıb.
Təyyarə Larnaki beynəlxalq hava limanına enib.
Misirin mülki aviasiya naziri Sherif Fathinin sözlərinə görə, o təyyarədə olan 3 sərnişin və 4 heyət üzvündən başqa hamını azad edib.
Məlumata görə təyyarədə 55 sərnişin olub.
Misir Mülki Aviasiya İdarəsinin məlumatına görə, o İsgəndəriyyədən Qahirəyə uçan təyyarənin Kiprə düşməsini tələb edib.
Hələlik hadisənin motivi bəlli deyil. Onun üstündə partlayıcı olub-olmaması da bəlli deyil.
Amma Kipr hökuməti bunun terrorla bağlılığı olmadığını bəyan edib.
Kipr KİV-lərinin məlumatına görə təyyarəni qaçıran şəxs Kiprdə yaşayan keçmiş həyat yoldaşı ilə əlaqə yaradılmasını tələb edib.
Misirin dövlət informasiya agentliyi onun Misir vətəndaşı İbrahim Samaha olduğunu bəyan edib.
Məlumata görə o İsgəndəriyyə Universiteti Tibb və Veterinar fakultəsinin professorudur.
Başqa məlumata görə isə o Misir vətəndaşı deyil və Kiprdən sığınacaq istəyib.
Araşdırma gedir.