-
Mərkəzi Bank manatın martın 31-nə olan rəsmi məzənnəsini açıqlayıb.
Bankın yaydığı məlumata görə, sabah bir dollar 1,5421 manat təşkil edəcək.
Martın 30-da bir dollar 1,5586 manata bərabər olmuşdu.
Novruz bayramı ərəfəsindən başlayaraq manat tədricən bahalaşır. Halbuki, martın 11-də bir dollar 1, 6456 manata kimi yüksəlmişdi.
Manatın rəsmən, ikinci devalvasiyadan sonra ilk dəfədir ki, bu səviyyədə möhkəmlənir. Ötən il dekabrın 21-də baş verən devalvasiyada bir dollar 1,55 manat həddində götürülmüşdü.