Nüvə sammiti başlanır

Sammit 2014-cü ildə Haaqada keçirilmişdi

-

Martın 31-də Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammiti başlanır. Sammitdə Şimali Koreyanın yaratdığı nüvə təhlükəsi, eləcə də İslam Dövləti (İŞİD) ekstremistlərinin nüvə silahı əldə edə bilməsinin mümkünlüyü müzakirə olunacaq.

Bu, dördüncü və sonuncu nüvə sammitidir.

Toplantıda dünyanın 50 ölkəsinin lideri iştirak edir. Bircə Rusiya imtina edib.

ABŞ-ın milli təhlükəsizlik müşavirinin müavini Ben Rhodes bildirib ki, sammitdə nüvə materiallarının terrorçuların əlinə keçməməsinin yolları, İŞİD-i daha geniş necə hədəfə almaq məsələsi müzakirə olunacaq.