Baş prokurorluq və DİN-in məlumatı...

Hərbi əməliyyatlardan çəkilmiş foto (EPA)

-

«Son günlər Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozaraq Azərbaycanın yaşayış məntəqələrini, mülki obyektləri iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutur».

Bu, Baş prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən birgə məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, aprelin 2-də törədilən növbəti təxribat aktı nəticəsində mülki əhali arasında itki var: «İki dinc sakin həlak olub, 10 nəfər xəsarət alıb. Sakinlərə ciddi maddi və mənəvi ziyan vurulub. Bir orta məktəb binası, çoxsaylı evlər, obyektlər, istehsal müəssisələrinə artilleriya zərbələri endirilib. Nəqliyyat vasitələri, elektrik xətləri sıradan çıxıb»

Məlumatda bildirilir ki, həlak olanlar Tərtər sakinləri Orxan Rəhimov və Fərman Əsədlidir: «Bu faktlar üzrə müvafiq cinayət işləri başlanılıb, istintaq aparılır. Həmçinin, döyüş əməliyyatları aparılan rayonların ərazisində əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülür. Əməliyyat şəraiti nəzarətdə saxlanılır»- deyə güc orqanları bildirirlər.