Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan prezidentləri ilə telefon söhbətində Dağlıq Qarabağda hərbi əməliyyatları təcili dayandırmağa çağırıb.
Kremlin mətbuat xidmətinin aprelin 5-də yaydığı məlumata görə, telefon söhbəti Putinin təşəbbüsü ilə baş tutub.
Söhbət zamanı Dağlıq Qarabağdakı son durum müzakirə olunub.
Putin son hadisələrdən dərin narahatlıq bildirib.
Bundan əvvəl tərəflərin atəşkəslə bağlı razılığa gəldirkləri bildirilirdi.