-
Rusiya Dəmiryolunun keçmiş prezidenti Vladimir Yakunin-in yaxın dostunun oğlunun adı da PanamaLeak-də yer alıb. Aleksei Krapivin dövlət dəmiryolları kontraktları hesabına bir biznes imperiyası qurubmuş.
Rusiyanın Novaya Gazeta “Panama Papers”-i incələyərək Krapivin-in ofşor sərvəti barədə yazıb. Onun atası Andrei Krapivin Yakunin-in yaxın dostu olub. Yakunin də öz növbəsində Rusiya Prezidenti Vladimir Putin-lə sıx münasibətlər yaradıb.
Sızmış sənədlərə görə, Krapivin ailəsi 2005-ci ildən, Yakunin vəzifəyə keçəndən Rusiya dəmiryollarında böyük rol oynayıb, müxtəlif kontraktlar əldə edib.
Andrei Krapivin-in 2015-ci ildə dünyasını dəyişməsi barədə məlumat yayılsa da, rəsmən təsdiqlənməyib.