-
Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya gəlib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hazırda Rusiya XİN rəhbəri və Azərbaycan prezidenti arasında görüş keçirilir.
Aprelin 7-nə S.Lavrovun Azərbaycan və İran XİN rəhbərləri ilə görüşü planlaşdırılıb.
Sabah 3 ölkənin xarici işlər nazirlərinin üçtərəfli görüşü də gözlənilir.