Rusiya prezidenti Vladimir Putinlə, Qazaxıstan prezidenti Nursultan Nazarbayev telefonla Dağlıq Qarabağdakı son durumu və iki ölkə arasındakı əməkdaşlığı müzakirə ediblər.
Bu barədə aprelin 6-da Kremlin mətbuat xidməti məlumat yayıb.
Liderlər Dağlıq Qarabağ münaqişəsinin din yolla həlli ətrafında fikir mübadiləsi aparıblar.
Putin Nazarbayevə bu məsəldə Rusiyanın vasitəçiliyi barədə məlumat verib.
Liderlər həmçinin ikitərəfli əməkdaşlıqda bir sıra vacib məsələləri müzakirə ediblər.