Nazarbayev Əliyevə zəng edib

-

Qazaxıstan prezidenti Nursultan Nazarbayev aprelin 6-da ölkə başçısı İlham Əliyevə telefonla zəng edib. Bu haqda Prezident.az xəbər verir.

Xəbərdə bildirilir ki, telefon söhbəti zamanı Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələr və atəşkəs razılaşmasının əldə olunmasından sonrakı vəziyyət müzakirə edilib. Prezidentlər münaqişənin beynəlxalq hüquq normaları əsasında, ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.

Söhbət zamanı iki ölkə arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Bundan əvvəlsə Rusiya və Qazaxıstan prezidentlərinin Qarabağ məsələsini müzakirə etməsi xəbəri yayılıb.