Tərtərin cəbhə kəndləri bərpa edilir

Sizin brauzer HTML5-i dəstəkləmir

Mərmi düşən evdən reportaj

-

«Tərtər rayonunun ermənilərin atəşinə məruz qalan cəbhəboyu kəndlərində bərpa işlərinə başlanılıb».

Bunu «Report»a açıqlamasında Tərtər rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov bildirib.

Başçının deməsinə görə, Ermənistan silahlı birləşmələrinin son bir neçə gündə cəbhə kəndlərini artilleriya atəşinə tutması nəticəsində yaşayış məntəqələrinə ciddi ziyan dəyib: «Ən çox ziyan rayonun Qapanlı kəndinə dəyib. Kəndin 46 evinə mərmi düşüb, elektrik və qaz təchizatı, su xətləri tamamilə sıradan çıxıb».

İcra başçısı qeyd edib ki, rayonun Qapanlı kəndində infrastrukturu bərpa etmək üçün təmir və yenidənqurma işləri aparılır: «Bundan başqa, rayonun Qaradağlı kəndinə ciddi ziyan dəyib. Həmin kənddə təmir və yenidənqurma işləri aparılır. Hazırda əraziyə xeyli sayda texnika və işçi qüvvəsi cəlb edilib».

Son günlər Tərtər rayonunda ümumilikdə 162 evə ziyan dəyib.
Bu rayondan 3 mülki şəxsin öldüyü, 6 nəfərin isə yaralandığı bildirilir.