Nigeriyadakı "Boko Haram" terror təşkilatı( 2015-ci ildən adı "İslam Dövlətinin Qərbi Afrika Vilayəti"dir) əsir aldığı məktəbli qızları 50 milyon dollar müqabilində buraxmağa razıdır. Bunu Britaniyanın Teleqraph qəzeti öz mənbələrinə istinadla yazır.
Boko Haram 2014-cü il aprelin 14-də 276 məkəbli qızı oğurlamışdı, sonra onlardan bəziləri qaça bildi. Hazırda 219 qızın yeri məlum deyil.
Boko Haram 2002-ci ildə Nigeriyada yaradılıb. Adının mənası - "Qərb təhsili haramdır"- deməkdir. Keçən ildən İslam Dövləti qruplaşmasının bir bölməsinə çevrilib.