20 milyon manatlıq qaçaqmal saxlanıb

Sərhəd

-

Ötən ay dövlət sərhədini pozan 38 nəfər saxlanıb. Bunların 16 nəfəri Azərbaycan, 22 nəfəri xarici vətəndaşlardır.

AZƏRTAC-ın xəbərinə görə, 478 kiloqram 380 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə nəticəsində isə 20 milyon 121 min manat dəyərində qaçaqmal saxlandığı bildirilir.

Bunların arasında tapança, tüfəng, müxtəlif çaplı patronlar, siqaret, mobil telefonlar olub.