Türkiyənin baş naziri Ahmet Davutoglu İslam dünyası liderlərini Dağlıq Qarabağ münaqişəsi və Krımın Rusiya tərəfindən işğal edilməsi məsələsində ortaq mövqedən çıxış etməyə çağırıb.
O belə bir bəyanatla aprelin 14-də İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin İstanbulda keçirilən sammitində çıxış edib.
Davutoglu həmçinin deyib ki, Fələstinlilərin azadlığa çıxması və paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin Dövləti yaradılmasına nail olmaq üçün çiyin-ciyinə durmalıyıq.
Davutoglu sammit çərçivəsində Fələstin prezidenti Mahmud Abbas, Azərbaycan prezidenti İlham Əliyev və Pakistanın baş naziri Məmnun Hüseyinlə ikitərəfli görüşlər keçirib.
Sammitdə Dağlıq Qarabağ, Fələstin, Suriya, Yəmən və Liviya münaqişləri müzakirə olunub.