Rusiya xarici işlər nazirinin müavini Grigori Karasin və ABŞ-ın Moskvadakı səfiri John Tefft Cənubi Qafqaz, o cümlədən Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.
Tərəflər həmçinin Ukrayna münaqişəsinin həllində qarşılıqlı hərəkət, o cümlədən Moldova və Gürcüstandakı vəziyyəti müzakirə ediblər.
Bu barədə aprelin 19-da Rusiya xarici işlər nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə görüş ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.