-
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri təyin olunub. Ölkə başçısı İlham Əliyev bununla bağlı aprelin 20-də sərəncam imzalayıb.
Dövlət orqanlarından Vüsal Quliyev (Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri), İlqar Məmmədov (Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi) və Zakir Hacıyev (Maliyyə Nazirliyində şöbə müdirinin müavini) şuraya üzv təyin ediliblər.
QHT-lərdən isə Sahib Məmmədov, Nərgiz Eyvazova, Emin Həsənli, Rufiz Qonaqov, Azay Quliyev, Şahin İsmayılov, Anar Xəlilov və Əliməmməd Nuriyev bu şurada təmsil ediləcəklər.
Prezidenti İlham Əliyevin 2007-ci il iyulun 27-də verdiyi sərəncamla “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” qəbul edilib.
Bunun ardınca da prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb.