-
Aprelin 21-də Rusiyanın Xarici işlər naziri Sergei Lavrov Ermənistana səfər edir. Onun Prezident Serzh Sarkisian, ermənistanlı həmkarı Eduard Nalbandian-la görüşü gözlənir.
Aprelin əvvəlində Dağlıq Qarabağda atəşkəs pozulub, hər iki tərəf onlarla itki verib. Aprelin 5-dən tərəflər arasında atəşkəs elan olunub.
Ancaq Azərbaycan və Ermənistan bir-birini atəşkəsi pozmaqda ittiham edir
Dağlıq Qarabağ separatçı rejimi aprelin 21-də bir əsgərinin həlak olması barədə məlumat yayıb.