-
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Ermənistan hökumətinin BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməməsi çağırışını tənqid edib.
N. Məmmədov özünün facebook səhifəsində Ermənistan hökumətini sağlam düşüncədən məhrum olmaqda qınayıb:
“Ermənistan Azərbaycanı beynəlxalq hüququn fundamental prinsiplərini pozmaqda günahlandırır. BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunu keçirməməyə çağırır ”
O, həmçinin qeyd edib ki, Ermənistan qonşu dövlətin ərazisini 25 ildən artıqdır ki, işğal altında saxlayır:
“BMT-nin Təhlükəsizlik Şurasından tutmuş elə bir qurum, təşkilat yoxdur ki, bu işğalı beynəlxalq hüququn pozulması hesab etməsin. Amma hakimiyyət girovuna çevrilmiş Ermənistan rəhbərliyi əslində burnunun ucundan o tərəfə heç nəyi görə bilmir. Bu dərəcədə həyasız olmağa səbəb isə arxalarında bəzi ölkələrdə bəzi dairələrin dayanmasıdır. Dünyada indiki gərginlikdə belə addımlarla Ermənistan rəhbərliyi ölkəsinin, xalqının rifahını və firavanlığını heç vaxt təmin edə bilməyəcək” - N.Məmmədov yazıb.