“Suriyada atəşkəs razılaşması iflas həddindədir və onu xilas etmək lazımdır”.
Bunu BMT-nin Suriya üzrə xüsusi elçisi Stefan de Misturaçərşənbə günü təhlükəsizlik şurasının iclasından sonra deyib: “Biz atəşkəsi tam iflasdan qorumalıyıq. Atəşkəsə hələ ki, bir çox rayonlarda əməl edilir, amma onun dtam dağılması təhlükəsi var, amma hələ ki, sağdır ”.
Suriyada atəşkəs rejimi bu ilin fevralından qüvvədədir və bu ABŞ-ka Rusiyanın təşəbbüsü ilə baş tutub.Amma son həftələr yenidən döyüş başlayıb və müxalifət buna etiraz olaraq Cenevrə sülh danışıqlarından çıxıb: “Danışıqların yeni mərhələsi olacaq.Amma gəlin açıq danışaq, danışıqların yalnız o vaxt mənası olar ki, atəşkəs rejimi fevral və martdakı kimi qüvvədə olsun. Buna görə də ABŞ-la Rusiyanı yeksək səviyyədə tədbirlər görməyə çağırıram”.
Misturanın sözlərinə görə, son 48 saat ərzində Suriyada hər 25 dəqiqə ərzində 1 nəfər ölüb, 13 dəqiq ərzində isə 1 nəfər yaralanıb.