Gürcüstan 2014-ci il siyahıalmasının yekun nəticələrini açıqlayıb. Siyahıyaalma Abxaziya və Cənubi Osetiya əhalisini əhatə etməyib.
Bunları çıxmaqla Gürcüstanda 3 milyon 710 min adam var. Onlardan 86,8 faizi, yəni 3,22 milyonu deyib ki, onlar gürcüdürlər. İkinci yerdə azərbaycanlılar gəlir - 6,3 faiz və ya 233 min.
Sonrakı yerlərdə: ermənilər - 4,5 faiz və ya 168 min, ruslar - 0,7 faiz- 26500 nəfər.
1220 nəfər deyib ki, onlar yezididirlər, 5700 nəfər Kistdir, yunanlar 5500 nəfərdir.
83,4 faiz deyib ki, onlar pravoslav xristiandır, müsəlmanlar əhalinin 10,7 faizidir.
Paytaxt Tbilisidə 1 milyon 108717 adam yaşayır. .