Firudin bəy Köçərli. Dünyada bəla nədən törəyir?

Firudin bəy Köçərli

-

"Bunlardan çoxu bilmir ki, nә işdәn ötrü, nә tәqsirin vә hansı әmәlin ucundan onları divanxana qabağına toplayıblar.

Birisinin cürәti yoxdur ki, divan әmәlәsindәn öz tәqsirini xәbәr alsın, nә işin xatirәsi üçün dәvәt olunmasını bilsin. Hamı üstündә ağalıq edir, hamıdan qorxub ehtiyat elәyir."

Firudin bəy Köçərli

(1863-1920)

Dünyada bəla nədən törəyir?

Lev Tolstoy

Qraf Lev Tolstoyun uşaqların tәlimi üçün tәrtib etdiyi әlifba kitabçasında sadә dil ilә yazılmış bir xeyli pürmәzmun hekayәlәr vardır.

Onlardan bir çoxu şeyx Sәdinin "Gülüstan"ında nağıl olunan hekayәlәrә bәnzәyir. Hamısı hikmәt vә tәcrübә üzüylә yazılmış әsәrlәrdir.

Hekayәlәrdәn birisindә bәlanın yer üzündә nәdәn törәyib nәşәt etmәsi rәvayәt olunur. Qissәnin müxtәsәrәn mәzmunu budur:

Bir abid tәrki-dünya olub, vaxtını adamlardan kәnar bir meşәdә ibadәtlә keçirirmiş. Meşәnin heyvanları ondan qorxmayıb, başına cәm olarlarmış. Abid onların dilini, onlar da abidin dilini anlarmış.

Bir kәrә abid bir ağacın dibindә uzanıbmış. Qәzadan haman ağacın altında axşamlamağa qarğa, göyәrçin, ilan vә maral cәm olur vә öz aralarında başlayırlar söhbәt etmәyә ki, aya, yer üzündә bәla vә günah haradan törәyir?

Qarğa bәla vә fәsadın törәnmәsini aclıqdan, göyәrçin mәhәbbәtdәn, ilan qәzәb vә şәrarәtdәn, maral qorxu vә vahimәdәn görüb, hәr birisi öz qövl vә rәylәrinin haqq vә savab olmağına dәlil vә dәlail gәtirirlәr.

Abid bunların güftgularını eşidib deyir: Dünyada bәlanın zühura gәlmәyinә sәbәb bәdәndir. Qәzәb vә aclığın da, mәhәbbәtin dә vә qorxunun da mәnbәyi vә törәnәcәk yeri bәdәndir. Bәdәn olmasa nә aclıq olar, nә mәhәbbәt olar, nә dә qorxu.

Bu hekayәdә L.Tolstoyun maralın dilindәn söylәdiyi sözlәri oxuyanda bizim biçarә camaatın halı yadıma düşdü.

Maral deyir: "Әgәr ürәkdә qorxu olmasa hәr şey yaxşı olar, hәr iş öz yolu vә qaydası ilә gedәr. Hәrgah böyük yırtıcı heyvanlardan bizim üzәrimizә hücum edәni olsa, bacararıq qaçıb ondan xilas olaq, çünki allah bizә tez qaçan ayaqlar veribdir. Xırda heyvanlar da bizә zәrәr yetirә bilmәz. Onların dәfi üçün allah bizә buynuzlar mәrhәmәt edibdir. Amma nә eylәmәk ki, canımız doludur qorxu ilә vә bu qorxu bizә macal vermir ki, allah verdiyi alat vә әsbәb ilә dәfi-mәzәrrәt edәk vә nәfsimizi xof-xәtәrdәn qurtaraq. Balaca bir sәs eşidәndә bütün bәdәnimizә lәrzә düşür, yarpaq kimi tir-tir әsirik, ürәyimiz döyünüb az qalır yerindәn çıxsın, qәribә bir hala düşürük".

Hәrgah maral bilsә ki, bu sәs vә şıqqıltı yel әsib kolu tәrpәtmәkdәn, yarpaqları biri-birinә toxundurmaqdan әmәlә gәlir, o vaxt o qorxmaz vә qorxudan özünü dağa-daşa çırpmaz, әbәs yerә canını fövtә vermәz.

Hәmçinin hәrgah bizim camaat qorxub vahimә etdiklәri şeylәrin әsil vә künhünü bilsәlәr, şübhәsiz, onlardan qorxmazlar vә bu qәdәr bәlalara vә fәlakәtlәrә düçar olmazlar. Bunca әksiklik vә ürәk sıxıntısı çәkmәzlәr.

Qorxuya ümdә sәbәb bilmәmәzlik, elmsizlik vә avamlıqdır!

Bu elmsizlikdәn vә avamlıqdan bizim camaatın ürәyinә qorxu bәrk sirişt edibdir. Cәhl vә nadanlıq onları cürәtsiz, hünәrsiz vә bir növ üftadә, xar vә zәlil edibdir.

Avamlığımızın ucundan vәtәnimizdә özümüzü qәriblәr, evimizdә yadlar kimi saxlayırıq.

Әcnәbi tayfalardan vә xarici millәt vә qövmlәrdәn bizim içimizdә olanları elm vә mәrifәtlәri sayәsindә bizdәn cürәtli, rәşid, dilavәr vә zirәk olurlar. Öz mülkümüzdә, öz yerimizdә vә öz mәskәnimizdә bizә ağalıq edirlәr, bizim mal vә dövlәtimizә sahiblik edirlәr.

İngilis, firәng, alman vә yәhudi vә qeyrilәri haraya getsәlәr, hansı mәkan düşsә oranı özlәrinә mütәәlliq yer hesab edib heç bir şeydәn çәkinmirlәr, heç kәsdәn xof vә ehtiyat etmirlәr.

Elm vә bilik bir yandan, ev vә mәktәb tәrbiyәsi başqa bir yandan onları cürәtli, zirәk, hünәrli vә hәtta bir az hәyasız vә insafsız elәyir desәk, sәhv etmiş olmarıq.

Beş-on sәnә bundan irәli "Kaspi" qәzetәsindә qәribә bir әhval yazılmışdı. Bakı ilә Sabunçunun arasında işlәyәn poyezdlәrin birisindә bir kupedә üç nәfәr şәxs Bakıyamı, Sabunçuyamı - dürüst xatirimdә deyil, - gedirlәrmiş. Bunlardan birisi Qafqaz adamı vә iki nәfәri: biri arvad vә biri kişi, Avropa adamları imiş.

Әsnayi-rahdә qafqazlı papiros qutusundan papiros çıxarıb istәyibdir çәksin, amma avropalı mane olub, xanımın hüzurunda papiros çәkmәk әdәbsiz bir fel olduğunu ona işarә edibdir! Qafqazlı qızarmış, üzrxahlıq edib, çıxıb papirosu çöldә çәkib, sonra kupeyә daxil olanda görübdür ki, haman şәxs özü siğar çәkir.

Bunu gördükdә tәәccübanә ondan soruşubdur ki, siz mәnim papiros çәkmәyimә mane olub, özünüz nә haqq ilә xanımın hüzurunda siğar çәkirsiniz? Avropalı hәqarәtlә ona bir nәzәr yetirib cavabında deyibdir: "Mәnimlә sәn bәrabәrmi oldun? Mәn nәcib ingilis, sәn dәni yerli".

Bu cavabdan qafqazlı mütәğәyyiri-hal olub, "nәcib" ingilisә bir sillә vurmuşdu. Bu qәribә işin sonradan suda düşmәyi qәzetәdә mәnim yәqinimdir ki, nәcib ingilisә sillә vuran yerli hәr millәtdәn imişsә dә müsәlman deyilmiş (Əsrin əvvəlində "müsəlman" sözü yerli xalqı rus, gürcü və ermənilərdən fərqləndirmək üçün işlədilirdi - red). Çünki bizlәrdә o cürәt vә tәәssüb yoxdur ki, haqqımızda icra olunan nifrәt vә etinasızlığa, zülm vә tәәddiyә mәrdanә cavab verib, onları özümüzdәn dәf edәk, hüquq vә ixtiyarımızı gözlәyәk, şәn vә izzәtimizi, hörmәt vә lәyaqәtimizi mühafizәt qılaq.

Zülm vә sitәmә, hәr qisim әdalәtsizliyә bizim kimi sәbredici, tabgәtirici, qәzasına razıolucu başqa bir tayfa tapılmaz. Müsәlman mәrkәzlәrindә olan hansı bir uyezd naçalnikinin dәftәrxanasına tәşrif aparsanız, orada müsәlmanları, xüsusәn, qara rәiyyәt camaatını ziyanlıq mal kimi zar vә zәbun bir halda görәrsiniz. Bәdәsturi-sud mәhkәmәlәrin sәhnindә, silistçilәrin qapısında, pristavların hәyәtindә müsәlmanlar qoyun sürüsü kimi döşәniblәr.

Bunlardan çoxu bilmir ki, nә işdәn ötrü, nә tәqsirin vә hansı әmәlin ucundan onları divanxana qabağına toplayıblar. Birisinin cürәti yoxdur ki, divan әmәlәsindәn öz tәqsirini xәbәr alsın, nә işin xatirәsi üçün dәvәt olunmasını bilsin. Hamı üstündә ağalıq edir, hamıdan qorxub ehtiyat elәyir.

Allah ona ağıl da verib, baş da veribdir. Amma nә eylәmәk, maralın canına çökәn qorxu onun da canına çökübdür.

Gözәl vaxtın boş vә hәdәr getmәyinә heyiflәri gәlmir. Onsuz da bilmirlәr vaxtlarını nәyә sәrf etsinlәr. Heç olmasa burada gәlib gedәnә tamaşa edirlәr.

Şәhәrlәrdә dәxi camaatımızın qorxaqlığı vә kәmcürәtliyi hәr qәdәmdә vә hәr mәqamda müşahidә olunmaqdadır.

Poçtxanalarda, teleqrafxanalarda, banklarda, xәzinәlәrdә, mәhkәmәlәrdә, apteklәrdә bu camaatı cümlәdәn geridә mәyus durub növbәt gözlәyәn görәrsiniz.

Gözәl vaxtın boş vә hәdәr getmәyinә heyiflәri gәlmir. Әzbәs ki, vaxt onlara artıq lazım olası bir şey deyil. Onsuz da bilmirlәr vaxtlarını nәyә sәrf etsinlәr. Heç olmasa burada gәlib gedәnә tamaşa edirlәr. Dәmir yollarda dәxi yazıq müsәlmanların başına konduktorlar gәtirdiyi bәlanı allah heç kәsin başına gәtirmәsin.

Bu fәlakәtlәrin tamamisinә sәbәb haman maralın canına sirişt edәn qorxudur ki, bizim bәdәnimizә dә analarımızın südü ilә giribdir.

Söz yoxdur ki, hәr şeydәn qorxan, hәmişә qorxu altında ömrlәrini çürüdәn, dilsiz-ağızsız, fәqir vә yazıq anaların südünü әmәn balalardan qorxaq, aciz vә bacarıqsız nәsl әmәlә gәlәcәkdir. "Maya budlu arvad gәrәkdir ki, onlardan da mәrbudlu oğlan doğsun".

Hünәrli, elmli vә bacarıqlı vә xüsusәn, hürriyyәt kәsb etmiş analar gәrәkdir ki, onlar da hünәrli, tәrbiyәli, cürәtli vә bacarıqlı nәsil yetirsinlәr.

1909-cu ildə yazılıb

Qaynaq: "Seçilmiş əsərləri". Bakı: Azər.SSR EA nəşr-tı. 1963