2016-cı ildə istehsalat zədələnmələri ilə əlaqədar vəziyyət o qədər də ürəkaçan deyil. Bunu Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib.
Trend-in xəbərinə görə, S. Mehbalıyev bildirib ki, 2016-cı ilin birinci rübündə 2015-ci ilin analoji dövrü ilə müqayisədə ölümlə nəticələnən bədbəxt hadisələrin sayı 40 faiz artıb. Bu statistika həmkarlar ittifaqlarının əhatəsində olan müəssisələri əhatə edir.
S. Mehbalıyevin deməsinə görə, istehsalat zədələnmələri ilə əlaqədar 2015-ci ilin statistikası xeyli yaxşı olub. Ötən il istehsalat xəsarəti alanların sayı 37,7, bunun nəticəsində ölənlərin sayı isə 29,8 faiz azalıbmış.