-
“Müsəlman Birliyi” Hərəkatı-nın rəhbəri Tale Bağırzadə ev dustaqlığına buraxılmasını istəyir. Vəkilləri onun barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət ediblər.
Bu haqda Azadlıq Radiosuna ilahiyyatçı alimin vəkillərindən Cavad Cavadov bilgi verib.
Vəkil deyib ki, bununla bağlı mayın 10-da Nəsimi Məhkəməsinə müraciət edilib.
Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda polis əməliyyatı zamanı tutulub. İlahiyyatçıya qarşı CM-nin 15-dən artıq maddəsi ilə ittiham irəli sürülüb.
Onun rəhbəri olduğu “Müsəlman Birliyi” Hərəkatı dövlət qeydiyyatına alınmayıb.
Baş Prokurorluğun məlumatına görə, Tale Bağırzadənin ittiham olunduğu cinayət işi üzrə ümumilikdə 70 nəfər həbs edilib.
Martın 30-da Sabunçu Məhkəməsində saxlanılanların bəzilərinin məhkəmə prosesi başlayıb. Artıq, onlardan birinə - Sahib Zəkiyevə məhkəmə 2 il həbs cəzası verib.
Nardaranda keçirilən əməliyyatda iksi polis olmaqla ümumilikdə yeddi şəxs həlak olmuşdu.