ABŞ Rumıniyada raket sistemini işə salır

Rumın əsgərlər ərazini qoruyur

-

Mayın 12-də Birləşmiş Ştatlar Avropada raketdən müdafiə sisteminin işə düşdüyünü rəsmi elan edəcək. Bu sistem Rusiyanın narazılığına baxmayaraq işə düşür.

ABŞ və NATO rəsmiləri Rumıniyada toplaşır. Vaşinqton bu sistemin İranın ballistik raketlərindən qorunmaq məqsədilə daha böyük qalxanın bir hissəsi olduğunu deyir.

Rusiya bunun Moskvaya qarşı istifadə oluna biləcəyindən, regional strateji balansı pozacağından qorxur.

Birləşmiş Ştatlar mayın 13-də Polşada ikinci obyektin tikintisinə başlayır və bu tikinti 2018-ci ildə başa çatacaq.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını anneksiya edəndən sonra NATO Polşa və Baltik ölkələrində qoruyucu tədbirlər görür. Buna cavab olaraq, Rusiya da regionda hərbi iştirakını gücləndirir.