Böyük Britaniyanın baş naziri David Cameron-un mayın 12-də elan etdiyi yeni planından sonra bu ölkədə mülkiyyəti olan keçmiş Sovet İttifaqı respublikalarından olan siyasət və biznes elitası daha çox ictimai tənqidlə üzləşə bilər.
Yeni plana əsasən, Birləşmiş Krallıqda daşınmaz əmlaka sahib xarici şirkətlər öz aktivlərini dövlət reyestrində qeydiyyatdan keçirməli olacaq. Hökumət bunu onunla izah edib ki, “korrupsiyaçı fərd və ölkələr bundan sonra öz çirkli pullarını Londonun mülkiyyət bazarı vasitəsilə yuya və gizlədə, dövlət vəsaitindən mənfəətlənə bilməyəcəklər”.
Hələ ki, yeni qaydaların necə işləyəcəyi aydın deyil. Amma bu planın Londonda son illərdə mülkiyyət sahibi olan keçmiş sovet oliqarx və biznesmenlərini diqqət mərkəzinə gətirəcəyi şübhəsizdir.
Britaniyada kimin nəyi var?
Igor Shuvalov
Rusiyada baş nazirin sabiq birinci müavini İgor Shuvalov Avstriyadakı evi, Londonda 483 kv metrlik mənzili icarəyə götürüb. O, gəlirlərini açıqlayarkən bunu bəyan edib. Ancaq rusiyalı Aleksei Navalny onu “qaranlıq işlərdə” ittiham edir və həmin əmlakın əsl sahibinin Shuvalov olduğunu bildirir.O, ötən il Britaniya qeydiyyat sənədlərinə əsasən yazıb ki, Temza çayına baxan mülkü 2014-cü ildə onun və arvadının nəzarətində olan Rusiya şirkəti alıb və bunun üçün 18 milyon dollar ödənib. Navalni mayın 12-də deyib ki, İgor Shuvalov “öz offşor şirkətindən öz mənzilini necə icarəyə götürməsini” açıqlamalıdır.
Əliyevlər
Panama Papers-dən sızan sənədlərə görə, Azərbaycan prezidenti İlham Əliyevin qızları –Leyla və Arzu Əliyeva Vircin adalarında çoxlu gizli offşor şirkətlərinin sahibləridirlər.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Jurnalistika Layihəsi (OCCRP) ötən il yazıb ki,onların Londonda dəyəri 25 milyon dollardan çox olan 10500 kv metrlik mülkləri var. Bu mülkü İsle of Man qeydiyyatlı şirkət alıb. Şirkət əvvəlcə İlham və Mehriban Əliyevlərə məxsus olub, onlar 2010-cu ildə şirkəti qızları Leylanın adına keçiriblər.
OCCRP araşdırıb ki, Əliyevlərə məxsus offşor şirkətlərin Londonda çoxmilyonluq əmlakı var.
Andrei Guryev
7 il Londonda “Witanhurst” kimi tanınan özəl evin sahibi barədə sirli xəbərlər dolaşırdı. Vircin adalarında qeydiyyatdan keçmiş “Safran Holdings” şirkəti 2008-ci ildə həmin ev üçün 72,2 milyon dollar ödəmişdi. Həmin evin Rusiyanın varlı qadınlarından biri, Moskvanın keçmiş meri Yury Luzhkov-un arvadı Yelena Baturinaya, hətta Putinə məxsus olması ilə bağlı şayiələr yayılmışdı. Ancaq ötən il “The New Yorker” jurnalı təsdiqlədi ki, həmin mülk 12 il Rusiya parlamentində yüksək vəzifədə çalışmış milyarder Andrei Guryev ailəsinə məxsusdur.
Andrei Yakunin
Rusiya Dəmiryollarının keçmiş rəhbəri Vladimir Yakunin oğlu Andrei Yakunin Londonda 8 yataq otağı olan, dəyəri 50 milyon dollarla ölçülən böyük bir evin yiyəsidir. Britaniya pasportu olan gənc Yakunin Vircin adalarında qeydiyyatdan keçmiş “Terphos Financial Corporation”-un sahibidir. “Sunday Times” yazır ki, o, 15 milyon dollar yaxın dəyəri olan bir evdə qeydiyyatdadır.
Onun atası Putinə yaxın adam sayılır və Ukrayna hadisələrinə görə adı ABŞ-ın sanksiya siyahısındadır.
Roman Rotenberg
Adı ABŞ-ın sanksiya siyahısında olan Roman Rotenberg-un Londonda 4,7 milyon dəyərində olan mülki var. Onun atası və dayısı Boris və Arkady Putinin cüdo tərəfmüqabilləridir və onların dəyəri milyardlarla dollarla ölçülən sənaye sahəsini nəzarətdə saxladığı bildirilir.