Komissar: “Gənclərdən çox narahatam”

Bayram Məmmədov və Qiyas İbrahim

►Nils Mujnieks​ gənc fəallara qarşı zorakılığı pisləyib

İnsan hüquqları üzrə Avropa komissarı Nils Mujnieks Azərbaycanda gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədova qarşı polis zorakılığını pisləyib.

Turan İnformasiya Agentliyinə verdiyi şərhdə Mujnieks belə yazıb:

“Bakıda polis bölməsində iki gənc fəala – Bayram Məmmədova və Qiyas İbrahimova qarşı amansız rəftar haqqında məlumatlardan çox narahatam”.

Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-da saxlanıb. NİDA Vətəndaş Hərəkatı onların Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlamışdı.

Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində «Qul bayramınız mübarək!», ön tərəfdə isə «F... the system!» sözləri yazılmışdı.

Mayın 12-də Xətai rayon məhkəməsi gənc fəallar haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib. Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

____________________________________________________________

Bunlara da bax:
“Barmağımı kəsib yoldaşıma göndərdilər"- Bakıda çinli adam oğruları
Meteoriti tapana 20 min dollar mükafat vədi

____________________________________________________________

Gənclərin vəkili onların bədənlərində qançırlar görüb, Bayram Məmmədov isə işgəncəyə məruz qalması ilə bağlı ətraflı hesabat yazıb.

İnsan hüquqları üzrə Avropa komissarı Nils Mujnieks isə Turrana şərhində daha sonra yazır:

“Mən hakimiyyəti amansız rəftar haqqında bu iddaların tam və səmərəli araşdırmasının həyata keçirilməsini təmin etməyə çağırıram”

Bu gün gənclərə həbs qətimkan tədbiri seçən məhkəmə qərarından verilən şikayətə baxılmalı idi. Ancaq proseslərin sabaha keçirildiyi bildirilir.

Buna da bax: Azərbaycanın nə qədər neft ehtiyatı və pulu qalıb?

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycanın nə qədər neft ehtiyatı və pulu qalıb?