Misir hava yollarının Airbus A320 təyyarəsi Misirin hava hüdudlarında, Yunanıstanın Karpatos adası yaxınlığında qəzaya uğrayıb.
Bunu Frans Press agentliyi Yunanıstanın hava limanındakı mənbəyə istinadla xəbər verir.
İndiyədək təyyarənin harda olması haqda məlumat yoxdur. Yalnız gümanlardır.
Təyyarə MS804 reysi ilə Parisdən Qahirəyə uçurdu, mayın 19-u səhər tezdən təyyarə ilə əlaqə itdi.
Təyyarədə 56 sərnişin, 7 heyət üzvü və 3 təhlükəsizlik xidməti əməkdaşı var idi.
Misirin ehtimalına görə, təyyarə Aralıq Dənizinə düşüb.