Xədicə İsmayıl: "Heç kəs mənə yazmağı qadağan edə bilməz"

Sizin brauzer HTML5-i dəstəkləmir

Xədicə İsmayıl azadlıqda - İlk görüntü

-

AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl azad edildi.

*Yeni videolar Youtube Kanalımızda olacaq - ABUNƏ OL, İZLƏ

Məhkəmə onun cəzasını 3 il 6 ay şərti cəza ilə əvəz etdi.

Məhkəmə ona itttiham olunduğu iki maddə üzrə 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) bəraət verib.

Məhkəmə jurnalistə ittiham olunduğu digər iki maddə 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) üzrə isə 3 il 6 ay cəza verib. daha sonra 70-ci maddəni tədbiq etməklə onun həbs cəzası şərti cəza ilə əvəzlənib.​

Xədicə İsmayıl-ın həbsdə qaldığı müddət:

Sizin brauzer HTML5-i dəstəkləmir

Xədicə İsmayıl azadlıqda ilk müsahibəsini verib

SINAQ MÜDDƏTİ

Vəkil Fariz Namazlı deyib ki, Xədicə İsmayıl üçün sınaq müddəti müəyyən edilib.

O, Binəqədi rayon Polis İdarəsində qeydiyyatda olacaq. Hər ay ora gedib qeydiyyatdan keçməlidir.

Bu həm də o deməkdir ki, Xədicə dövlət orqanlarının icazəsi olmadan 5 il ərzində ölkəni tərk edə bilməz. Yaşayış yerini dəyişə bilməz.

Məhkəmə iclasının əvvəlində hakim Əli Seyfəliyev bildirib ki, Xədicə İsmayıl Ali Məhkəməyə məktub göndərərək prosesdə özünün də iştirak etmək istədiyini bildirib. Vəkilləri də prosesin jurnalistin özünün iştirakı ilə keçirilməsi barədə vəsatət qaldırıblar. Lakin vəsatət təmin olunmayıb və məhkəmənin jurnalistin iştirakı olmadan keçirilməsinə qərar verilib.

“EKSPERTİZA XƏRCLƏRİNİ DƏ ÜZƏRİNƏ YAZIBLAR”

Xədicə İsmayılın vəkilləri çıxış edərək, ittihamın əsassız olduğunu, onun əslində, jurnalist fəaliyyətinə görə təcrid edildiyini vurğulayıblar və bəraətverici əsaslarla barəsində cinayət təqibinə xitam verilməsini istəyiblər.

____________________________________________________________

Bunlara da bax:
Savçenko Vətənə dönür
London Azərbaycan kleptokratiyasına necə kömək edir

____________________________________________________________

Fariz Namazlı jurnalistə qarşı ittihamların hər biri barədə arqumentlərini məhkəmənin nəzərinə çatdırıb:

"Xədicə İsmayıl barəsində aşağı instansiya məhkəmələrinin hökm və qərarları qanunsuzdur, əsassızdır. Məhkəmələr o qədər ittiham aktını təsdiqləməyə öyrəşiblər ki, CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə ona bəraət verildiyi halda, hökmdə həmin ittiham üzrə ekspertiza xərclərini də onun üzərinə yazıblar. Xədicə İsmayılın status və vəzifəsi düzgün müəyyənləşdirilməyib. AzadlıqRadiosunun Azərbaycan nümayəndəliyi ilə Bakı bürosunun fərqini ayırd edə bilməyiblər. Xədicə İsmayıl tənqidi, araşdırma yazılarına görə həbs olunub. İstintaq təcridxanasında onun vəkillərilə ünsiyyətinə maneçilik törədilib, sənədləri götürülüb. Bir sözlə, yazı yazmasının qarşısını almaq üçün həbs olunub".

“XİDMƏTİ MÜQAVİLƏNİ QANUN QADAĞAN ETMİR”

Digər vəkil Cavad Cavadov da ittihamların absurd olduğunu bildirib:

"Xədicənin kimisə işə götürmək, kiminləsə əmək və ya xidməti müqavilə bağlamaq səlahiyyəti olmayıb. Üstəlik, əməkdaşlar məhkəmədə də bildirdilər ki, sərbəst iş rejiminə görə özləri xidməti müqavilə bağlamaq istəyiblər. Nəhayət, xidməti müqaviləni qanun qadağan etmir. ANS-in Vergilər Nazirliyinə qarşı iddiası üzrə qüvvəyə minmiş məhkəmə hökmü də bunu sübut edir".

Nenad Pejic

"Bu, Xədicə üçün möhtəşəm gündür. Eləcə də bütün jurnalistlər və bütövlükdə azad söz üçün.".

Bunu Azad Avropa və Azadlıq Radiolarının baş redaktoru Nenad Pejic deyib:

"Biz Xədicə və ailəsinin xoş gününə çox sevinirik və Xədicənin iş başına qayıtmasını səbirsizliklə gözləyirik".

“GÜNƏŞ YENİDƏN DOĞDU"

“Xədicə İsmayılın azad edilməsi dönüş nöqtəsidir”

AŞPA prezidenti Pedro Aqramunt Azərbaycan Ali Məhkəməsinin jurnalist Xədicə İsmayılın vaxtından əvvəl azadlığa buraxılması haqqında qərarını alqışlayıb.

“Xədicə İsmayıl Avropa Şurasının çoxdankı tərəfdaşı və ölkəsində fəal hüquq müdafiəçisidir. Bu gün onun azad edilməsi, habelə bu yaxınlarda məşhur hüquq müdafiəçilərinin və jurnalistlərin azad edilməsi mənim Azərbaycanın dönüş nöqtəsi yaşadığından əminliyimi artırır. Mən ölkəni bu müsbət yolda irəliləməkdə davam etməyə çağırıram”, deyə bəyanatda bildirilir.

İnsan hüquqları üzrə Avropa komissarı Nils Mujnieks jurnalist Xədicə İsmayılovanın azad edilməsini alqışlayır.

O, bununla bağlı öz tvitter mikrobloqunda yazır.

"Şadam ki, araşdırmaçı jurnalist və hüquq müdafiəçisi Xədicə İsmayıl nəhayət ki, onun həbs müddətini azaldan Azərbaycan Ali Məhkəməsinin qərarından sonra azadlıqdadır”.

Nils Mujnieks X.İsmayılovanın ədalətsiz olaraq həbs olunduğunu vurğulayır.

“O, çoxdan azad edilməli idi. Mən Azərbaycan hakimiyyətini İsmayılın məhdudiyyətsiz olaraq öz fəaliyyətini davam etdirməsini təmin etməyə və öz baxışlarını ifadə etdiklərinə görə, həbs olunmuş bütün digər şəxsləri azad etməyə çağırıram".

Öz növbəsində, ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç qısa və emosional şərh verib.

"Günəş yenidən doğdu! Xədicə azadlıqda! Ümid edirəm ki, ona qarşı bütün ittihamlar ləğv olunacaq".

“Jurnalist Xədicə İsmayılın azadlığa buraxılması Azərbaycan hökumətinin insan hüquqlarına hörmətlə yanaşmasıdır ”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan BMT-nin İşçi qrupunun baş məruzəçisi Setondci Roland Adcovi deyib.

O jurnalistin azadlığa buraxılmasını müsbət hal kimi dəyərləndirib.

“Jurnalist azadlığa buraxıldı və fəaliyyətini davam etdirəcək. Amma biz hələ ki, məhkəmənin qərarı ilə tanış deyilik. Qərarla tanış olandan sonra bu barədə müzakirələr aparacağıq və bunu hesabatımızda qeyd edəcəyik" - deyə Adcovi bildirib.

Vəkil Fəxrəddin Mehdiyev mayın 25-də keçirilən məhkəmə barədə məlumat verir:

Sizin brauzer HTML5-i dəstəkləmir

Vəkil Cavad Cavadov

"XALQIMIZI TƏBRİK EDİRƏM"

AXCP sədri Əli Kərimli məhkəmə qarşısında qərarı belə şərh edib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Əli Kərimli Xədicə İsmayılın azadlığa buraxılması haqda

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmünü qüvvədə saxlayıb. Apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Xədicə İsmayıl ittihamları rədd edib və jurnalist fəaliyyətinə, özəlliklə hökumətin korrupsiyası, prezident ailəsinin gizli biznesi barədə araşdırma yazılarına görə cəzalandırıldığını bildirib.

«Amnesty International» beynəlxalq insan haqları təşkilatı Xədicə İsmayılı «vicdan məhbusu» elan edib.

Məhkəmənin qarşısından canlı yayımı izləyin:

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (25 may)

Xədicə İsmayıl: “Daha gəncəm”

Sizin brauzer HTML5-i dəstəkləmir

Günün əsas hadisələri AzadlıqLive proqramında (25 may)

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (25 may)

Abid Şərifov: “Sovetskidəki binaların tarixi əhəmiyyəti yoxdur”

Sizin brauzer HTML5-i dəstəkləmir

Xədicə: "Qaldığım yerdən davam edəcəm"