“Vahid və problemsiz Avropa xülyası ilə yaşayan Avropa Birliyi liderləri reallıqdan uzaqlaşaraq populistlərə uduzmaq və blokun parçalanması riskinə gedirlər”.
Bunu bazar ertəsi Avropa Şurasının prezidenti Donald Tuskbəyan edib.
“Bu gün biz hər çür xülyaya qarşı durmalıyıq, milli dövlətlərsiz Avropa xülyasına, münaqişəsiz, maraq və ambisiyasız Avropa xülyasına qarşı”.
İyunda Böyük Britaniyada ölkənin Avropa Birliyindən çxması ilə bağlı referendum keçiriləcək.
Çoxları ehtiyat edir ki, gələcək inteqrasiya milli suverenliyə pis təsir edəcək.
Həmçinin Donald Tuskun vətıni Polşada eyni əhval var.
Onun sağmərkəzçi partiyası seçkilərdə Avropa Birliyinə şübhə ilə yanaşanlara uduzub.
Həmçinin Fransa, Niderland, Macarıstan və digər Avropa Birliyi ölkələrində qatı sağçı qüvvələrin nüfuzu getdikcə artır.
“Avropada parçalanmanın əlamətləri baş qaldırıb və zənnimcə Federasiya ideyası yaxşı cavab deyil”.
Donald Tusk Böyük Britaniyanın blokdan çıxmasının mümkünlüyünü Avropa Birliyinə ciddi təhlükə adlandırıb.
O siyasətçiləri Avropa Birliyinə şübhə ilə yanaşanlara qaşı mübarizə qaydasını dəyişməyə çağırıb və qeyd edib ki, sadə avropalılar gələcək planlardan peşmanlayıb və hazırkı problemlərin həllini istəyirlər.