-
Mayda 30 əsas ərzaq növündən ibarət istehlak səbətinin qiyməti 2,8 faiz ucuzlaşıb. Turan-ın araşdırmasında belə deyilir.
Agentlik qeyd edir ki, martda qiymətlər 1,29, fevralda 0,9 faiz bahalaşıb. Ucuzlaşma apreldə başlayıb, qiymətlər həmin ay 2,85 faiz aşağı düşüb.
Mayda mövsümi tərəvəz - soğanın 53, xiyarın 50, kartofun 43,7, pomidorun 25, şəkər tozunun 14,7, südün 7,6, yumurtanın isə 7,5 faiz ucuzlaşdığı qeyd edilir.
Kələmin 15, toyuq ətinin isə 5 faiz bahalaşdığı bildirilir. Qalan ərzaq növlərinin qiyməti əsasən sabit qalıb.
İyunda tərəvəz mövsümü və onların qida rasionunda artması ilə bağlı qiymətlərin ucuzlaşmaqda davam edəcəyi gözlənilir.
Tərəvəz məhsullarının hər il bu vaxtı mövsümlə əlaqədər ucuzaşması baş verir.