ABŞ prezidenti Barack Obama bildirib ki,xarici təşkilatların Orlando şəhərində kütləvi qətl törədən Ömər Mətinlə birbaşa əlaqəsi olmasına sübut yoxdur.
Qeyd edək ki, bazar günü şəhərdəki gecə klubunda törədilən hücumda 49 adam ölüb.
Obama qeyd edib ki, əslən Əfqanıstandan olan Ömər Mətin ABŞ-da doğulub və ola bilsin ki, ekstremistlərin təsiri altında olub.
Amma onun hansısa planla hərəkət etməsini sübut edən dəlil yoxdur.
Qeyd edək ki, Mətinin özü də polisin hücumu zamanı öldürülüb.
“İslam Dövləti” qrupunun bundan əvvəl Mətinin öz əsgərlərindən biri olması barədə bəyanat yaydığı bildirilirdi.