-
Nardaran əhalisinə yazılan 42 milyon 267 min manat elektrik enerjisi borcu silinib.
Bu haqda xəbəri Nardaran qəsəbəsi sakinlərinə prezident İlham Əliyev özü çatdırıb.
APA-nın xəbərinə görə, ölkə başçısı qəsəbə sakinləri ilə görüşündə deyib ki, elektrik enerjisinin ödənişində problemlər olub.
*Nardaran hadisələri haqda bütün videolar burda
“Əvvəllər elektrik enerjisindən istifadəyə görə, ödəniş edilmirdi. Bildirdim ki, yaranmış 43 milyon manat borcu silək, sonra belə hal olmasın. Hazırda Nardaranda elektrik enerjisinin sərfiyyatı da düşüb, artıq elektrik enerjisindən qənaətlə istifadə edilir”, deyə ölkə başçısı bildirib.
Ötən il noyabrın 26-da Nardaranda güc orqanları xüsusi əməliyyat keçirdikdən sonra qəsəbənin elektrik enerjisi kəsilmişdi. Həmin vaxt bu Nardaran qəsəbəsinin elektrik enerjisinə görə, borclu olması ilə izah edildi. Rəsmi qurumlar bildirirdi ki, qəsəbə əhalisinin elektrik enerjisinə görə, 42 milyon 267 min manat borcları var.
Ancaq onda qəsəbə sakinləri deyirdilər ki, borc həddən çox şişirdilib. Üstəlik, elektrik enerjisini kəsməklə onları cəzalandırmaq istəyirlər.