-
Rusiyada rüşvətə görə qubernator haqqında həbs-qətimkan tədbiri seçilib.
Moskvada Basman məhkəməsi Kirov vilayətinin qubernatoru Nikita Belykh haqqında külli miqdarda rüşvət almaqla bağlı qərar çıxarıb.
Qubernator 2 ay müddətinə həbs olunub.
Məhkəmə müdafiə tərəfinin onun haqqında ev dustaqlığı seçilməsi ilə bağlı vəsatəti qəbul etməyib.
Kremlin sözçüsü Dmitry Peskov prezident Putin-in bu həbslə bağlı məlumatlandırıldığını bildirib.
İttihamda Nikita Belykh-ın vasitəçi yoluyla şəxsən 400 min avro rüşvət aldığı bildirilir.
Qubernator iyunun 24-də Moskva restoranlarının birində həbs edilib.