Bu gün Səhiyyə nazirliyinin xüsusiləşdirilmiş angioloji mərkəzində xəstə Tərlan Məmmədovanın sol ayağı da amputasiya edilib.
Mərkəzin cərrahı Valeh Kərimovun iki gün əvvəl onun xoralı sol ayağın yerinə sağ ayağını amputasiya etdiyi bildirilirdi.
APA-nın xəbərinə görə, bu dəfə əməliyyatı mərkəzin direktoru A. Şəmsəddinski özü edib.
Hazırda xəstənin reanimasiyada olduğu, vəziyyətinin isə orta-ağır dəyərləndirildiyi bildirilir.
Angioloji və Mikrocərrahiyyə Mərkəzində şəkərli diabet xəstəsi olan 87 yaşlı Tərlan Məmmədovaya sol ayağının kəsilməsi barədə diaqnoz qoyulub. Ancaq həkim-cərrah Valeh Kərimovun onun yanlışlıqla iltihablı sol ayağı əvəzinə sağlam sağ ayağını kəsdiyi bildirilir.
Fakta görə Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə iş açılıb. Həkim-cərrah iyunun 25-də dindirildikdən sonra sərbəst buraxılıb.
Sizin brauzer HTML5-i dəstəkləmir