Şagirdlərin çoxu ana dilindən 2-3 alıb

İllüstrasiya

-

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun ikinci yarısında ölkənin orta ümumtəhsil müəssisələrində keçirilən buraxılış imtahanlarının yekun nəticələrini yayıb.

Komissiya xəbər verir ki, qeyd olunan müddətdə keçirilmiş imtahanlarda 104 476 nəfər 9-cu, 84 589 nəfər isə 11-ci sinif şagirdi iştirak edib.

9-cu sinif şagirdləri...

Ana dilindən imtahan verənlərin 20 911 nəfəri 2, 47937 nəfəri isə 3 qiymət alıb. 4 qiymət alanların sayı 21 715, 5 alanların sayı isə cəmi 13 694 nəfər olub.

Riyaziyyatdan imtahan verənlərin 26438 nəfəri 2, 39687 nəfəri isə 3 qiymət alıb. 19 411 nəfər 4, 18 940 nəfər isə 5 qiymət alıb.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Azərbaycan bölməsində…

Ana dili imtahanlarında 97270 nəfərdən 20371-i 2 (21 faiz), 45 168 şagird isə (46 faiz) 3 qiymət alıb. 4 qiymət alanlar 19387, 5 alanlar isə 12353 nəfər olub.

Riyaziyyatdan 2 alanlar 25 528 (26 faiz), 3 alanlar 37105 (38 faiz), 4 alanlar 17599 nəfər olub. Cəmi 17 047 nəfər 5 qiymət alıb.

Rus bölməsində…

Rus bölməsində təhsil alanların nəticələri isə xeyli fərqlidir.

Rus bölməsində təhsil alan 6978 nəfərin yalnız 8 faizi ana dilindən iki, 39 faizi 3, 33 faizi izə 4 qiymət alıb. 5 qiymət alanlar 20 faiz təşkil edib.

Riyaziyyatdan imtahanların nəticələri də oxşar olub. 2 alanlar 12, 3 alanlar 35, 4 alanlar 25, 5 alanlar isə 26 faiz təşkil edib.

İngilis bölməsi…

Bu bölmədə təhsil alanların yalnız riyaziyyat fənnindən imtahanlarının nəticələri açıqlanıb. Nəticələrə görə, ingilis bölməsində təhsil alan 118 nəfərdən cəmi 3 nəfər 2 qiymət alıb. 23 nəfər 3, 47 nəfər 4, 45 nəfər isə əla qiymət qazanıb.

11-cilərin nəticəsi...

Ana dili üzrə imtahan verən 84438 şagirddən 15486 nəfər 2, 28408 nəfər 3, 24 032 nəfər 4 qiymət alıb. Əla qiymət alanlar cəmi 16 512 nəfər olub.

Kimya fənnindən imtahanlarda isə cəmi 42 nəfər əla qiymətə yiyələnib.

Azərbaycan bölməsi...

Ana dilindən imtahan verənləri 19 (15 238 nəfər) faizi 2, 34 (26251 nəfər) faizi 3, 26 faizi (20 844 nəfər) isə 4 qiymət alıb. Əla qiymət alanların sayı 15194 (19 faiz) nəfər olub. Riyaziyyat fənni üzrə nəticələr də oxşar olub.

Kimya fənni üzrə imtahan verənlərdən 27 faizi 2, 52 faizi 3, 14 faizi 4, 6 faizi isə 5 qiymət alıb.

Rus bölməsində ana dilindən iki alanların sayı cəmi 3 faiz təşkil edib. 3 alanlar 31, 4 alanlar 46, 5 alanlar isə 19 faiz olub.

Riyaziyyat fənnindən bu bölmədə təhsil alanların 6 faizi 2, 25 faizi 3, 39 faizi 4, 28 faizi isə 5 qiymət alıb.