-
Rusiyanın Dağıstan respublikasında hakim öldürülüb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, avqustun 10-da gecə naməlum şəxslər qərbi Şamil rayonunda hakim Ubaidula Magomedov-in evinə giriblər, onu güllələyib çıxıblar.
Hadisə yerində müstəntiqlər işləyir.
Dağıstan polisi avqustun 11-də bildirib ki, regionun Botlix qərb bölgəsində şübhəli yaraqlı öldürülüb. Ərazidə antiterror əməliyyatı davam edir.
Dağıstan Şimali Qafqazda zorakılıqların episentrində dayanır, cinayətkar qruplar və yaraqlılar burada İslam xilafəti yaratmaq niyyətlərini açıqlayıblar.