Azərbaycanda pambığın satış qiyməti maya dəyərini ödəmir
Bu il əlverişsiz keçən hava şəraiti pambıq yığımını 20-25 gün gecikdirib.
Fermerler deyirlər ki, məhsulun satış qiyməti aşağı olduğundan maya dəyərini ödəmir.
Sahədən yığılan pambıq zavoda daşınır,orda çəkilib təhvil verilir.
Pambıqçılar əməyə verilən qiymətdən razı deyirlər və hesab edirlər ki, qadın üçün ən çətin əl əməyi pambıq yığımıdır.
Azərbaycanda uzun fasilədən sonra yenidən pambıq əkininə başlanıb.Amma fermerlər və fəhlələr qiymətdən razı deyirlər.
"Ölkə prezidenti və icra başçıları pambığın kilosunun 70 qəpik olduğunu deyirlər. Pambıq alan şirkətlər 50 qəpikdən yuxarı qalxmırlar",deyə kəndlilər bildirir.
"Ağcabədidə adamları pambıq yığmağa güclə gətiririk,çünki 15 qəpiyə heç kim işləmək istəmir",deyə fermer bildirir.
Pambıqçılar yığıma əlacsızlıqdan getdiklərini deyirlər.
Rəsmi məlumata görə,bu il Ağcabədidə 3600 hektardan çox pambıq becərilib.
Fermerin sözlərinə görə,hər pambıqçı günə 100 kiloyadək pambıq yığır.
Fermer Sabir Məmmədov bildirir ki,havaların isti keçməsi,pambıqçıların işini daha da zəiflədir və məhsuldarlığa pis təsir edir.
Pambıqyığan qadın:"Pambıq yığmaqla sadəcə gündəlik təlabatımızı ödəyə bilirik".
"Başqa iş olmadığından pambıq yığırıq,yoxsa əziyyəti xeyrinə dəymir",deyə pambıqçı qadın bildirir.
Fermer deyir ki, 2 gün əvvəl pambıq yığmağa indikindən iki dəfə çox adam gəlmişdi.Amma qiymət sərfəli olmadığından camaat gəlmək istəmir.