Məşhur Harry Potter seriyasının müəllifi Joanne Rowling-in "Beedle bardın nağılları" kitabının nadir nüsxəsi bazar ertəsi günün Londondakı Sotheby’s hərracında 386 min funt sterlinqə, yəni 470 min dollara satılıb. Bu haqda hərracın saytında məlumat verilib.
Buna da bax: "İndi həyatımda ən qorxunc şey - soyuducumun boş olmasıdır"
Kitabın özəlliyi odur ki, o müəllifin öz əl yazısı ilə yazılıb və müəllif ora əsasən kəllə rəsmlərindən ibarət illustrasiyalar çəkib. Bu J. K. Rowling-in öz əli ilə yazdığı yeddi kitabdan biridir. O bu kitabı Harry Potter seriyasından yazdığı ilk kitab, "Harry Potter və fəlsəfə daşı" kitabını ilk dəfə çap etmiş naşir Barry Cunningham-a hədiyə edibmiş. Cunningham o vaxtlar "Bloomsbury" nəşriyyatında çalışırmış və məhz o ilk dəfə Harry Potter kitablarını oxuyaraq çap etməyə razılıq veribmiş, ondan öncə isə J. K. Rowling-in ədəbiyyat agenti Christopher Little bu əlyazmanı düz 12 naşirə yollayıb və mənfi rəy alıbmış. Heç Cunningham-ın da kitabla bağlı rəyi müsbət olmayıb, o müəllifə xəbərdarlıq edibmiş ki, "Kitabdan heç bir qazanc gözləməsin, çünki bu günlərdə qalın cildli uşaq kitablar satılmır". Müəllif isə kitabın içində Barry Cunningham üçün bu ürək sözlərini yazıb: "Barry, eynəkli sehirbaz oğlan haqda bu geckmiş romanın satıla biləcəyini düşünmüş adamdır. Təşəkkürlər".
Buna da bax: Məşhur yazıçılara nəşriyyatlardan verilən rədd cavabları
Xatırladaq ki, bundan öncə 2007-ci ildə Sotheby’s hərracında J. K. Rowling-in öz əli ilə yazdığı başqa bir kitabı 4 milyon dollara satılmışdı.